22.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Bu universitetdə dərslər hələ indi başlayır

22 sen 2025 16:01
GÜNDƏM
ads

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin MBA (Master of Business Administration) üzrə dərs alan tələbələri yeni dərs ilinə bu gündən başlayacaqlar. 

Dərslərin gecikməsi ilə bağlı Qutb.az-a məlumat verilib. 

Bu barədə universitetin mətbuat katibliyi ilə əlaqə saxlasaq da, dərslərin sentyabrın 15-dən başlandığını bildirilib:

“Sentyabrın 15-dən dərslər başlayıb. Hansısa tələbələrin çaşqınlığı, sualı varsa dekanlığa müraciət edə bilər”.

Qeyd edək ki, 2022-ci ildən ADMİU-da Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramına start verilsə də, modul tipli keçirilən dərslərin effektivliyi müzakirə olunan mövzulardan idi. “Ömürboyu təhsil proqramı”na daxil edilən MBA bu ildən etibarən Kulturologiya fakültəsinə verilib. Dərslərin gecikmə səbəbi də məhz bununla izah olunur. 

Fakültənin əməkdaşları isə müəyyən səbəblərdən dərslərin başlandığı tarixdə gecikmələrin olduğunu və dərslərin bu gündən başlayacağını təsdiqləyib.  

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur