19.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

19 iyl 2025 00:00
GÜNDƏM
ads

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.

 

Qutb.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

 

Qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.

 

Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.

 

Ombudsmanın MPQ üzvləri tərəfindən qəbul edilib saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyib, görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.

 

Məsələ Ombudsmanın diqqətində saxlanılır.

 

Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur