İlham Əliyev İran səfirliyində oldu
Bakıda Vətən müharibəsində qazanılan qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda silahlanmaya yeni qəbul edilən "Seabreaker" qanadlı raket kompleksi də təqdim edilib.
Qutb.az-ın məlumatına görə, beşinci nəsil raketlər İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən istehsal olunub.
“SeaBreaker” uzunmənzilli qanadlı raket kompleksi dənizdən və ya qurudan atıla bilən çoxməqsədli sistemdir. Raket ilk dəfə 2021-ci ilin iyununda təqdim edilib.
Sistem dəniz və quru hədəflərinə dəqiq zərbə endirmək üçün nəzərdə tutulub. Raket 300 kilometrədək məsafəyə çata bilir və turboreaktiv mühərriki sayəsində çox yüksək sürətlə uçur. Raketin uzunluğu təxminən 4 metr, çəkisi isə 400 kiloqramdan azdır.
“SeaBreaker” 114 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub və bir ədəd raketlə böyük gəmini sıradan çıxarmaq gücünə malikdir. Sistem IIR tipli (görüntüləyici infraqırmızı) axtarıcı başlıqla idarə olunur və hədəfə yüksək dəqiqliklə yönəlir.
Raket 100 tonadək yüngül hücum gəmilərinə quraşdırıla bilər və ya “SPYDER” buraxılış qurğularından istifadə edən mobil sahil müdafiə sistemi şəklində də tətbiq olunur.
