Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 3120,5 milyon manat dəyərində xidmət göstərilib.
Bu barədə Qutb.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Dövr ərzində xidmətlərin 71,6%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 1052,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.