05.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Avropa dəstək verməyə hazırdır!

05 noy 2025 19:00
GÜNDƏM
ads
Advertisement

5 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

 

XİN-dən Qutb.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

 

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyəti diqqətə çatdırılıb.

 

İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylarda keçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə edilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropa İttifaqının hazırlığını ifadə edib.

 

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur