Bakıda bu məktəb işıqsız qaldı
Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.
Qutb.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.
"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.
Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.