Bu gün ingilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
Çinarə "Qalatasarayın" futbolçusuna ərə gedir?
Türkiyənin Sinop bölgəsində Durağan rayonunda dünən başlayan meşə yanğını davam edir.
Qutb.az xəbər verir ki, yanğını söndürmək üçün helikopterlər bu səhər erkən saatlarda yenidən işə başlayıb. 100 evdən ibarət Köklen kəndi ehtiyat tədbiri olaraq təxliyə edilib.
Yanğına yaxın ərazidəki çaydan su götürən helikopterlər söndürmə işlərini intensiv şəkildə davam etdirirlər.
Ekipajların fasiləsiz müdaxiləsinin davam etdiyi kənddə Türk Qızıl Aypara Cəmiyyəti də yanğında iştirak edənlərə iaşə xidməti göstərir.