18.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB

17 iyl 2025 22:00
DÜNYA
ads

Pakistanın iki aparıcı televiziya kanalı cümə axşamı ABŞ prezidenti Donald Trampın ölkəyə səfər etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.

Qutb.az xəbər verir ki, Geo və ARY xəbər kanalları Trampın Cənubi Asiya ölkəsinə səfərinin sentyabrda gözlənildiyini bildirib. Lakin sonradan hər ikisi xəbərləri təkzib edib.

“Geo News xəbəri təsdiq etmədən dərc etdiyinə görə izləyicilərindən üzr istəyir”, - deyə məlumatda bildirilir.

***

12:08

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

Qutb.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi yerli kanallara istinadən xəbər yayıb.

Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.

Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur