17.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Suriyada atəşkəs ELAN EDİLDİ

16 iyl 2025 20:00
DÜNYA
ads

Suriyadakı druz icması ilə silahlılar atəşkəs barədə razılığa gəliblər.

Qutb.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Druzların liderlərindən biri Yusif Cərbu Suriya hökuməti ilə Əs-Suveyda əyalətində atəşkəslə bağlı razılığa gəldiyini bildirib. Suriyanın SANA agentliyinin Ərəb Respublikasının Daxili İşlər Nazirliyindəki mənbəsi də atəşkəs barədə məlumat verib.

Yusif Cərbu atəşkəsin dərhal qüvvəyə minəcəyini bildirib. SANA-dakı mənbə qeyd edib ki, nəzarət-buraxılış məntəqələri Əs-Suveyda əyalətinin paytaxtı olan eyniadlı şəhərdə yaradılacaq.

Qeyd edək ki, iyulun 15-də Suriya hökuməti bədəvi silahlı dəstələri ilə druz silahlı qrupları arasında genişmiqyaslı toqquşmaların getdiyi Əs-Suveyda əyalətinin cənubuna qoşun yeridib. Suriya İnsan Haqları Müşahidə Qrupu ən azı 102 nəfərin öldüyünü bildirib. Ötən gecə Suriya Müdafiə Nazirliyi də atəşkəs elan etsə də, bir neçə saat sonra pozulub. Druzları qorumaq üçün İsrail Suriya ərazisinə hücumlar təşkil edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur