Küləkli hava xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanıldı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəzaçəkmə müəssisəsində olan 15 gənci İKT üzrə təqaüdlə təmin edib
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Qutb.az xəbər verir ki, 1/4 finalın cavab oyununda "Səbail"ə 3:1 hesabı ilə qalib gələn "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
Hesabı 13-cü dəqiqədə Ağdam klubunun hücumçusu Musa Qurbanlı açıb. Amma meydan sahiblərinin qol sevinci cəmi 2 dəqiqə çəkib. Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "Qarabağ" 2-ci qolu vurub. "Səbail"in heyətində Rüfət Abdullazadə avtoqol müəllifi olub. Görüşdə son nöqtəni isə 55-ci dəqiqədə Nəriman Abdullazadə qoyub.
"Qarabağ" bu mərhələnin ilk oyununda da "Səbail"i məğlub etmişdi - 1:0. "Köhlən atlar"ın yarımfinaldakı rəqibi "Araz-Naxçıvan" - "Zirə" cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/4 finalın digər 3 oyunu bu gün və fevralın 28-də keçiriləcək.