Avropa İttifaqı İrana qarşı sanksiyaları işə saldı
Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynaya son kütləvi hava zərbələri ilə bağlı şərhində kifayət qədər sərt olub.
Qutb.az xəbər verir ki, Yan Lipavski X platformasında yazıb ki, Rusiya prezidenti Vladimir Putin sadəcə sülh istəyirmiş kimi davranır.
"Putin guya müharibəni dayandırmaq istəyir, reallıqda isə o, mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Dünən gecə Ukraynaya 800-dən çox pilotsuz təyyarə və raket buraxılıb, nəticədə ana və onun iki aylıq körpəsi həlak olub. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır", - Lipavski vurğulayıb.
Nazir onu da qeyd edib ki, Ukraynaya yardımın dayandırılmasını müzakirə etmək təcavüzkarın tərəfini tutmaq deməkdir.