Azərbaycanda 12 yaşlı qız öldü
Almaniyada əhalinin hər beş nəfərindən biri – təxminən 17 milyon insan tək yaşayır. Bu, 2004-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin vaxt tənha yaşayan insanların sayı 14 milyon nəfər olub.
Qutb.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin 2024-cü ildə əhalinin siyahıya alınmasının nəticələrinə əsasən yaydığı məlumatda qeyd edilib.
Statistikaya əsasən, tənha yaşayan insanlar arasında yaşlılar üstünlük təşkil edirlər. Belə ki, 65 və daha yuxarı yaş qrupunda olanların 34 faizi, 85 yaşdan yuxarı olanların isə 56 faizi tək yaşayır. Bu göstərici 25-34 yaşlı şəxslər arasında da yüksəkdir – 28 faiz.
Tənha yaşayanların təxminən 29 faizi yoxsulluq riski altındadır. Bu, əhali üzrə orta göstəricidən (15,5 faiz) iki dəfə yüksəkdir. Qeyd edək ki, Almaniyada yoxsulluq həddi vergi və sığorta xərcləri çıxıldıqdan sonra aylıq 1381 avro təşkil edir.
Almaniyada tənha yaşayanların səviyyəsinə görə Avropa İttifaqında Litva (27 faiz), Finlandiya (25,8 faiz), Danimarka (24,1 faiz), Estoniya (22,3) və İsveçdən (22,2 faiz) geri qalır. Bu sahədə ən aşağı göstəricilər Slovakiya (3,5 faiz), İrlandiya (8 faiz) və Polşaya (9 faiz) məxsusdur.