27.04.24 | Bakı 26.03° C |
12:04:52
Lent :

Kimi içində fırtınalar, kimi içində qorxu...

13:42 22.03.2024
MƏDƏNİYYƏT
Özəl
ads

"Bu Şəhərdə Kimsə yoxdur" serialı Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanının motivləri əsasında çəkilir. Serialın ssenari müəllifi Rövşən Abdulloğu, Quruluşçu rejissoru Rüfət Şahbazov, Baş prodüseri Amiran Babayevdir. Serialın musiqisini Rafael Şabanov səsləndirib. Serial həftənin.    cümə günləri 22:00-da "Xəzər" TV-də yayımlanır. 


2-ci bölüm...   


Ümidsizlik hissi                                                   


Elvinin yalnız hiss etdiyi zamanlarda ona ən çox dəstək olan insan atası idi. Atası daim onun qayğısına qalmağa çalışır, onunla vaxt keçirirdi. Elvin atasının məsləhəti ilə boksla məşğul olmağa başlayır. Elvinin marağı futbola olmasına baxmayaraq atası bildirmişdi ki, sənə indi özünümüdafiə lazımdır. Ancaq Elvinin daxili iztirabları ona rahatlıq vermirdi. Elə bu yerdə Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanından bir hissəni xatırlamaq yerinə düşər: "İçində tənhalıq, soyuqluq. Çölündə isə sənə biganə olan, vəfasız, xəyanətkar bir aləm. İndi özün seç, sənə harada daha rahatdır? Heç yerdə... Bax, bu zaman, doğrudan da özünə yer tapa bilmirsən..."


Dost sevgisi


Serialda diqqəti çəkən məqamlardan biri də Cəfərlə Yaşarın dostluğudur. Onların dostluğu cəbhədə döyüşdükləri zaman daha da möhkəmlənmişdi. Hər ikisi də döyüşdən sağ-salamat  qayıtmışdı. Təəssüf ki, Yaşar həyatına qaldığı yerdən davam edə bilmədi. Elə özünün də vurğuladığı kimi: "Ölmək unudulmaq demək deyil, unudulmaq ölməkdir". Yaşar sevdiklərinin də, dostu Cəfərin xatirəsində bir ömür yaşayacaq, özü olmasa belə.


Günel Ayxan

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az