19.04.24 | Bakı 26.03° C |
18:04:19
Lent :

İlk tirajı üç saata satılan kitab

14:25 07.04.2023
MƏDƏNİYYƏT
Özəl
ads

Rövşən Abdullaoğlu-filosof-şərqşünas və psixoloq, "PEN America" yazıçılar birliyinin üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Bu günə qədər motivasiya psixiologiyası irfan, fəlsəfə və teologiya mövzularında, həmçinin roman janrında 27 kitabı nəşr olunub. Onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir. "Arxadakı körpüləri yandırın", "Çətin olsa da, həyat davam edir" və "Bu şəhərdə kimsə yoxdur" kitabları Türkiyədə nəşr olunub.


Abaddon-2018-ci ildə intellektual psixoloji detektiv romanı çapdan çıxır və ilk tirajı cəmi üç saat ərzində satılır.


1)Abaddon-cəhənnəm mələyi

Abaddon adı Müqəddəs Kitabda cəhənnəmə, ya da ölümlə birgə çəkilir. 


2)Vadjet-Tanrı Horun gözü

1999-cu il oktyabrın 15-i. İrlandiya, Kork şəhəri. Səhər saat 08:00. 


3)Qanla çəkilmiş göz rəsmi 

"Axı sən kimsən, kim?"


4)Silsilə qatil

Onda belə çıxır ki, qadının xəyanəti kişinin xəyanətindən daha pisdir. Çünki kişinin xəyanəti yalnız fiziki xarakter daşıyırsa, qadın həm bədəni həm ruhu ilə xəyanət edir. 


5)Əyləncəli yas mərasimi

"İlahi, yaşamaq necə də gözəldir!"


6)İblisin rəqəmi

-Əgər düzgün bildiyin yolda qarşına çıxan ilk sınaqdan qaçsan, növbəti sınaqdan yayınmaq üçün bir bəhanə gəzəcəksən.


7)Qatilin məktubu

Məni anlaya bilmirsiniz? İnad etməyin. İnsanlar məni anlamaq iqtidarında deyillər. Sizin dərkinizin çox fövqündəyəm. Mən xeyirlə şərin kəsişdiyi yerəm.


8)Çəkic Ceymsin bacısı oğlu

Özünüzə bəraət qazandırmaq üçün bütün müqəddəsləri yalandan şahid gətirməyə hazırsınız. 


9)Qorxu peyvəndi 

Hər davranışın arxasında travma axtarmaq yanlışdır. 


10)Qul psixologiyası

-Biz düşüncə və davranış ssenarilərini uşaq ikən mənimsəyirik, sonradan isə bu bu ssenarilər həyatımızı istiqamətləndirməyə başlayır.


11)"Luzitaniya" gəmisinin sirri

Heç bir müharibədə tamamilə haqlı və ya haqsız, günahkar və ya günahsız tərəf olmur.


12)Spayk adasının kədərli tarixi

Bu balaca şəhərdə gör nə qədər xatirə var?


13)Qaradaban müstəntiq

Mənə elə gəlir ki, hər qürub digərindən fərqli, ardınca gələn gecələr isə bir-birinin eynisidir. 


14)Cəhənnəmdən gəlmiş insan

İyirmi il əvvəl, 1979-cu il. İrlandiya, Dublin şəhəri.


15)Gözlənilməz görüş

Bilirsən, niyə ağlayır, kimlərə ağlayır?


16)Dost qazandıran pitbul

Əslində, musiqini sehrli edən mənim sevgim, mənim etirafımdır...


17)On dəfə tüpür, sonra da on dəfə qışqır!

Bir anın içində ətrafa zülmət çökdü.


18)Dönüş nöqtəsi

Nə qorxaqlığına görə özünü lənətləməyə, nə də utancından ağlamağa gücü vardı.


19)Üç dost üçün tək oturacaq

"Mən kiməm?"


20)Kilsə-pabda parti

Yaxşı, qoy elə də olsun, mən səni arzuna çatdıracağam.


21)Osrayqe, yaxud canavara çevrilmiş tayfa

2000-ci il, 23 fevral. İrlandiya, Qalvey şəhəri.


22)"Həç nə" yaradan rəssam

-Mən çəkmişəm, sən görmürsən.

-Nə çəkmisən?

-Heç nə.

-Axı "heç nə"ni çəkmək olmur.


23)Səmtsizlik effekti

Bəli, heç kəs özünün aldadıldığını bilmək və ya qəbul etmək istəmir.


24)Təhlükəli sevgi testi

Bir insan ölümünü gözə alaraq sona qədər necə gedə bilər?


25)Blarni qəsrinin sirri

Unutma ki, sükut üstünlükdə heç bir zaman gözəl danışığa çata bilməz.


26)Başlanğıcda kəlam var idi

Əgər bu dediklərindən bircə sözünün doğruluğuna nə zamansa şahid olsam, relslərin üzərinə uzanacağam.


27)Şeol-zülmətlər aləmi

Onların padşahı dibsiz uçurumu mühafizə edən mələk idi.


28)Dərdə dəyməyən əmioğlu

Bir, iki, üç... Üç saniyə


29)"Mis baş" və "İşığın imperiyası"

Cinayət və cəza arasında tam bir uyğunluq olmalıdır.


30)Dünyanın ən son dayanacağı 

Həyatı zindana dönmüş, bütün ümidləri bağlı qapı arxasında kilidlənmişdi.


31)Qaymaqlı alma keksinin tarixçəsi

Yad bir insan kimi...


32)Qaf dağının əfsanəvi Simurq quşu

Müqəssirlik və çarəsizlik hissi


33)Dolabdan sonrakı həyat

Ruhu ölmüş insan heç nədən qorxmur.


34)Maykl Birnin evində əcinnələr var

Hər şey Tanrının əlindədir.


35)Parapraksis, yaxud dil sürüşməsi

-Səni özünlə bağlı daha çox nə narahat edir? 

-Özüm.


36)Evli kişinin qəribə xoşbəxtliyi

Ruh deyirlər ki, qocalmır, onun cinsiyyəti də olmur.


37)-İnsan birini sevəndə daim onun yanında olmaq istəyir.


38)Aşiq olmuş psixoloq üçün terapiya

"Bəli, bunun adı eşqdir... Hərçənd buna ürəkdəki diş ağrısı da demək olardı".


39)Gecə qonağı

Və, səncə, bütün bunlarda yalnız İblis müqəssirdir?!


40)Kerri marşrutu ilə gəzinti

Hara getsə də, harada yaşasa da, ruhu aid olduğu bu torpaqlardan qopmayacaqdı.


41)Həqiqi ağrı 

Həqiqi ağrı unudulmur və getmir.


42)Məhəmməd Əli və İrlandiya

Nə vaxtsa bu qədər xoşbəxt olmuşdumu?


43)Venesiya karnavallarının mahiyyəti

İnsan özünün yaratdığı alternativ şəxsiyyətlərini üzə çıxarmağa ehtiyac hiss edir.


44)Sevgidən nifrətə gedən yol

Ağıl da heç bir şəkildə cinsiyyətdən asılı deyil.


45)Günəşi qucaqlamaq

-Bəzi duyğular qarşılıqlı olmasa, qanadı sınıq quş kimidir: sevgi, etimad, dostluq...


46)İnsana vətənini nə qədər pul sevdirə bilər?

Hər şeyə rəğmən məni sevən qadın olsaydı...


47)Klif

Ancaq sən, sən...


48)Kennedinin əlini sıxmış qəribə qoca

-Təklik qorxulu deyil?


49)Klounun ilk tamaşası

-Ruhun mövcudluğuna inanırsınız?


50)Lak Leyn gölündə növbəti sınaq

Mən səni sevirəm!


51)Şonla Şonun dialoqu 

Yox, bu dəfə hər şey başqadır.


52)Çoxsimalı tanrı Brahma

-Yaxşı, artıq bir-birimizdən heç nəyi gizlətmirik.


53)Turşu çəlləyində bitən ömür

O, Erinə olan duyğularını unutmamışdı, lakin indi bu sevgi sadəcə sevdiyini qoruma və düşməni məhv etmə arzusu şəklində ifadə olunurdu.


54)Psixiologiyada ən az öyrənilmiş xəstəlik

Bu, haradasa, insanın özü ilə olan daxili dialoquna bənzəyir .


55)Quyunun dibindən göndərilmiş məktub

Alternativ şəxsiyyətlər arasında əsl şəxsiyyəti xilas etmək istəyənlər də mütləq var.


56)İnsanı qatil edən yuxu

Əsl şəxsiyyətin kölgəsi yoxdur.


57)Bir bədəndə neçə şəxsiyyət gizlənə bilər?

Səmtsizlik effekti...


58)Hipnoz altında sirlər açılır

İlahi...


59)Çəyirtkələrlə dolu zirzəmi

-Sən kimsən?


60)Sol əl sağ ələ qarşı

-Anlamadım.

-Hamı belə deyir.


61)Qanla yoğrulmuş xəmir

-Mənə aid olanları özümə qaytar!


62)Yetmiş beş əsgər

-Ümid?

-Nə?


63)Kro Patrikin zirvəsindəki naməlum insanlar

-Nifrət?!


64)Bru-Na-Boyndakı qırx qəbir və zamansız gecə

-Ölümünü düşünürsən?


65)Sən mənsən, mən də sənəm

-Kimsən sən, kim?


66)Nəgənglər vadisində son qarşılaşma

Mən daha heç vaxt yalnız olmayacağam.


67)Moher qayalarına dönüş

Bəzən ən çox çıxış yolu sandığımız seçimin özü belə bir tələ olur...


68)Qurd çaqqalı xoşlamaz,  amma...

O, həyatını dəyişəcək qərar vermişdi.


69)Qəssabın növbəsi

-İnsanlara etimad etmək çətin gəlir mənə.


GÜNEL AYXAN

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az