20.04.24 | Bakı 15.03° C |
05:04:19
Lent :

Azərbaycanın qədim abidəsində elmi-tədqiqat işləri aparmaq üçün Yaponiya ilə memorandum imzalanıb

11:32 08.08.2022
MƏDƏNİYYƏT
ads

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli “Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.

Bu barədə Qutb.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci illərdə Pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.

Hazırda ərazidə yerli və yaponiyalı axeoloqlar birgə elmi-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az