26.04.24 | Bakı 14.03° C |
03:04:35
Lent :

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadə tarifləri artırılıb

08:26 01.11.2022
İQTİSADİYYAT
ads

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı artırılıb. Beləki, abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Qutb.az xəbər verir ki, müvafiq qərar Tarif Şurasının oktyabrın 26-da keçirilmiş növbəti iclasında qəbul edilib.

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qurumun Şuraya müraciətində qeyd olunub ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır.

Xidmətlərlə bağlı 2 dekabr 2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az