18.07.24 | Bakı 28.03° C |
23:07:46
Lent :

Nazir yüksək nəticə əldə etmiş güləşçilərimizi təbrik etdi

01:00 08.07.2024
İDMAN
ads

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U-20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

"Serbiyada keçirilən U-20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.

- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.

- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.

- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.

Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    28.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az