19.04.24 | Bakı 26.03° C |
17:04:42
Lent :

Kanada millisindən gözlənilməz məğlubiyyət

00:11 25.05.2022
İDMAN
ads

Finlandiyada xokkey üzrə dünya çempionatında qrup mərhələsi sona yaxınlaşır. A qrupunda 6-cı turun son oyunlarında gözlənilməz nəticələr qeydə alınıb. Ötən qarşılaşmada İsveçrə millisinə 3:6 hesabı ilə məğlub olan hazırkı dünya çempionu Kanada yığması növbəti dəfə də azarkeşlərini məyus edib. Şimali amerikalılar Danimarka seçməsi qarşısında aciz qalıb. Skandinaviya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. Bununla da Danimarka komandası tarixində ilk dəfə Kanada seçməsindən üstün olub. Məğlubiyyətə baxmayaraq, kanadalılar pley-offa vəsiqəni təmin edib.

Qrupun digər oyununda isə İtaliya millisinə 5:2 hesabı ilə qalib gələn Qazaxıstan yığması elitada mövqeyini qoruyub. İtaliya seçməsi isə növbəti mövsüm B divizionunda mübarizə aparacaq.  Qrupda vəziyyətə gəlincə, keçirdiyi bütün görüşlərdə qalib gələn İsveçrə millisi 18 xalla liderdir. 15 xal toplayan Almaniya yığması 2-ci yerdədir.
B qrupunda isə Çexiya komandası Amerika Birləşmiş Ştatları xokkeyçiləri ilə görüşdə minimal hesablı qələbə qazanıb. Bu nəticə ilə çexlər pley-offa adlayıb. Digər görüşdə Avstriya millisi Böyük Britaniya seçməsini 5:3 hesabı ilə məğlub edərək ¼ finala yüksəlmə imkanını saxlayıb. Bu qrupa 16 xalla Finlandiya komandası başçılıq edir. Ondan 1 xal az toplayan İsveç yığması 2-cidir

Mənbə: İdman TV

TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az