25.04.24 | Bakı 23.03° C |
14:04:30
Lent :

İslamiada: Azərbaycanın voleybol yığmaları üçün təqvim açıqlanıb

17:24 04.08.2022
İDMAN
ads

Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.

"Report"a istinadən verilən məlumata görə, B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ - avqustun 8-nə təsadüf edəcək.

Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.

İslam Həmrəyliyi Oyunları

Qadınlar

B qrupu

8 avqust

17:00. Seneqal - Azərbaycan

10 avqust

14:00. Əfqanıstan - Azərbaycan

12 avqust

14:00. Kamerun - Azərbaycan

Kişilər

A qrupu

9 avqust

11:00. Sudan - Azərbaycan

11 avqust

20:00. Azərbaycan - Kamerun

13 avqust

17:00. Azərbaycan - Mərakeş

Qeyd edək ki, İslamiada 9 - 18 avqustda keçiriləcək.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az