24.04.24 | Bakı 19.03° C |
22:04:58
Lent :

Güləşçimiz Elnurə Məmmədova Avropa çempionu oldu

22:08 30.06.2022
İDMAN
ads

İtaliyanın paytaxti Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Qitə birinciliyinə qadın güləşi üzrə mübarizəyə start verilib. Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Azərbaycan təmsilçisi bu qələbələrin hamısını "tuşe" ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşib. Rəqibinə 16:11 hesabıyla qalib gələn Azərbaycan cüdoçusu Avropa üçüncüsü olub.

Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir olub. Türkiyə güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Məmmədova Avropa çempionu olub.

Qeyd edək ki, sabah Birgül Soltanova (62 kq) final, Mərziyə Sadıqova (72 kq) isə bürünc medal görüşünə çıxacaq.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az