17.05.24 | Bakı 13.03° C |
08:05:27
Lent :

Əfsanənin həyatından serial çəkildi

13:00 02.05.2024
İDMAN
ads

"Netflix" braziliyalı əfsanəvi yarış pilotu Ayrton Sennanın həyatı və karyerasından bəhs edən “Senna” bədii serialının tizerini təqdim edib.

Publika.az xəbər verir ki, serial altı hissədən ibarət olacaq. Sennanın ilk kartinq yarışlarından tutmuş üç Formula 1 çempionluğu tituluna və 1994-cü ildə qəzada faciəvi şəkildə öldüyü ana qədər olan hekayəsindən bəhs edəcək.

Senna rolunu "Ferrari" filmindəki Alfonso de Portaqo obrazı ilə tanınan Qabriel Leone canlandırıb. Braziliyalı pilotun əzəli rəqibi olan fransız Alen Prost rolunu Mett Mella, Sennanın dostu, müğənni Şuşi rolunu isə Pamela Tome ifa edib.

Senna serialının baş rejissoru “The Division” və “Yakuza Princess” filmləri ilə tanınan Visente Amorindir.

Ayrtonun həyatı daha öncə 2010-cu ildə tənqidçilər və tamaşaçılar tərəfindən bəyənilən və Britaniya Akademiyası və Sundans Film Festivalında mükafatlar qazanan sənədli filmdə təsvir edilib.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az