25.04.24 | Bakı 17.03° C |
05:04:38
Lent :

Çempionlar Liqasında qol yağışlı gecə

01:34 06.10.2022
İDMAN
ads

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Qutb.az-ın məlumatına görə, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.

Gecənin ən bolqollu qarşılaşmaları G qrupuna təsadüf edib. "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"inə 5:0 hesabı ilə qalib gəlib. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.

E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını darmadağın edib.

F qrupunda turnirin son qalibi "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası üzərində minimal hesabla üstünlüyünü qoruyub.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa) klubundan güclü olub. "Benfika" isə Portuqaliyada Fransa çempionu PSJ ilə heç-heçə edib.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Noa Okafor, 71 (penalti)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) - 3:0

Qollar: Vesle Fofana, 24. Pyer-Emerik Obameyanq, 56. Ris Ceyms, 62

Xal durumu: "Zaltsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:1

Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 - Juan Filipe, 48

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1

Qollar: Rodriqo, 13. Vinisius Junior, 28 - Aleksandr Zubkov, 39

Xal durumu: "Real Madrid" - 9, "Şaxtyor" - 4, "Leyptsiq" - 3, "Seltik" - 1

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 5:0

Qollar: Erlinq Holann, 7; 32. David Xoçolava, 39 (avtoqol). Riyad Mahrez, 55 (penalti). Xulian Alvares, 76

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:4

Qollar: Yussuf En-Neseri, 51 - Rafael Gerreyro, 6. Cud Bellingem, 41. Kərim Adeyemi, 43. Yulian Brandt, 75

Xal durumu: "Mançester Siti" - 9, "Borussiya" - 6, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) - 3:1

Qol: Adrian Rabyo, 35. Duşan Vlahoviç, 50 - Din David, 75

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa) - 1:1

Qollar: Danilo, 41 (avtoqol) - Lionel Messi, 22

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3, "Makkabi" - 0.







TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az