19.07.24 | Bakı 27.03° C |
00:07:51
Lent :

"Barselona"dan yayın "transfer bombası": İspaniya millisinin üzvü ilə anlaşdı

14:00 10.07.2024
İDMAN
ads

"Barselona" "Atletik"in və İspaniya millisinin hücumçusu Niko Uilyamsla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə yerli "Sport" nəşri məlumat yayıb.

Uilyamsın agenti Feliks Tainta ötən həftə "Barsa" rəhbərliyi ilə görüşüb. Tərəflər təfərrüatı açıqlanmayan müqavilə ilə bağlı razılığa gələ biliblər.

Kataloniya klubu "Atletik"ə Nikonun sözləşməsində yer alan 58 milyon avroluq təzminat məbləğini ödəməli olacaq.

Qeyd edək ki, 2023/24 mövsümündə Uilyams klub səviyyəsində 37 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. O, hazırda Avro-2024-də çıxış edən və finala yüksələn İspaniya millisinin əsas heyət üzvüdür. Uilyams turnirdə meydana çıxdığı 6 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az