20.04.24 | Bakı 20.03° C |
11:04:09
Lent :

Azərbaycanın 4 karateçisi Avropa çempionatında

12:48 26.05.2022
İDMAN
ads

Azərbaycanın daha 4 karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə start verəcək.

Qutb.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Əminağa Quliyev 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə üz-üzə gələcək.

67 kq-dakı Tural Ağalarzadə 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.

Qadınların yarışında 50 kq-dakı İnci Əzizova 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, 55 kq-dakı Mədinə Sadiqova isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.

Bu gün həmçinin Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayev də qüvvəsini sınayacaq. Onlar Rafael Ağayev və Asiman Qurbanlı ilə birlikdə Azərbaycanın kumite komandasının tərkibində vuruşacaqlar. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az