17.04.24 | Bakı 14.03° C |
02:04:33
Lent :

Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

14:11 27.11.2022
İDMAN
ads

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası bu gün İspaniyaya yollanıb.

Federasiyadan verilən məlumata görə, yığma baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Madriddə təlim-məşq toplanışı keçəcək.

Hazırlıqda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes, Rauf Rəhimov (hər ikisi 92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edəcəklər.

Yığma dekabrın 10-dək davam edəcək təlim-məşq toplanışında İspaniya, Bolqarıstan, Fransa, Meksika və Braziliya milliləri ilə birgə hazırlaşacaq. Madriddə məşqlərlə yanaşı, sınaq döyüşləri də keçiriləcək.

Qeyd edək ki, boksçular dekabrın 11-də Bakıya qayıdacaqlar.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    112 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az