09.04.25 | Bakı 15.03° C |
01:03:03
Lent :

Azarkeşi olduğu klubda işləməkdən niyə yayınıb?

05 fev 2024 17:00
İDMAN
ads
Advertisement

Bir neçə ay əvvəl “Milan”ın sahibi Qerri Kardinal dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçə klubda iş təklif edib.

Publika.az xəbər verir ki, serbiyalı raketka ustasına psixoloji məşqçisi vəzifəsi təklif olunub. “La Repubblica”nın məlumatına görə, Kardinal Cokoviçin komandanın oyunçuları ilə yaxından işləməsini planlaşdırıb. O, motivasiya xarakterli çıxışlarla komandanı dəstəkləməli idi. Hətta bunun üçün serbiyalı idmançıya müqavilə təklif etməyə də hazır olub.

Bununla belə, “Milan” azarkeşi olan və komandanın “San-Siro”da keçirilən oyunlarına mütəmadi olaraq qatılan ulduz tennisçi bu məsələ ilə bağlı rəsmi danışıqlar aparmaqdan yayınıb. Onun hansı səbəbdən belə addım atdığı məlum deyil.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur