ABŞ-da mövsümöncəsi tur çərçivəsində Şərqi Ruterforddakı “MetLife” atadionunda “Barselona” və “Real” qarşılaşıb.
QÜTB.AZ xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində baş hakim Armando Villarreal tufan olması və şimşək çaxması səbəbindən matçı dayandıraraq komandaları 30 dəqiqəlik paltardəyişmə otaqlarına göndərib.
ABŞ qanunlarına görə, ildırım 12,8 kilometr radiusda olarsa, matç dərhal dayandırılmalıdır. Sonradan oyun davam etdirilib və “Barsa”nın qələbəsi ilə yekunlaşıb – 2:1.