25.04.24 | Bakı 22.03° C |
20:04:21
Lent :

Sabirabadda “meyit”i tapılan biznesmen bir il sonra Bakıda özünü televizorla “yandırdı”

15:05 04.06.2022
HADİSƏ
ads

Dələduzluqla bağlı araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyevlə bağlı bəzi detallar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb. Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafet Qəniyevin bütün yaxınları onu öldüyünü düşünüb, ona yas saxlayıblar.

Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb.

Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.

Üstündən bir il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o, hüquq-mühafizə orqanlarının peşəkar əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.

Sabirabadda “ölən”, sonra Bakıda yaxalanan dələduz biznesmen Rafət Qəniyev yandırdığı avtomobilinin içinə heyvan və qəbiristanlıqdan tapdığı insan sümükləri yığıbmış. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Qohum-qardaş yas tutub. İl mərasiminə hazırlaşırlarmış. Hamı onun avtomobildə yandığına inanmışdı. Adam dələduz olub. Borcları qaytarmamaq üçün ölümünü simulyasiya edib. Avtomobilinə heyvan və qəbiristanlıqdan tapdığı insan sümüklərini yığaraq yandırıb. Ancaq dünən onu polis Bakıda tutub”, - deyə E.Hacıyev sosial şəbəkədə qeyd edib.

Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus KİA markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri aparılıb.

R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az