26.04.24 | Bakı 14.03° C |
03:04:47
Lent :

Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs olunub

17:58 29.05.2022
HADİSƏ
ads

Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin rayonun Sarıcalar kənd sakini Natiq Cəfərzadə olduğu müəyyən edilib.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az