28.04.24 | Bakı 27.03° C |
16:04:11
Lent :

Həyətindən körpə meyiti tapılan xəstəxanadan AÇIQLAMA

19:00 27.03.2024
HADİSƏ
ads

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

Azərbaycanda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb.

Publika.az Report-a istinadla xəbər verir ki, meyit Sumqayıt Uşaq Xəstəxananın həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az