27.07.24 | Bakı 27.03° C |
11:07:38
Lent :

Gürcüstan - Azərbaycan sərhəddində ölüm hadisəsi

00:00 08.12.2023
HADİSƏ
ads

Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Ruslan Korziuk idarə etdiyi iritonajlı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı R.Korziukun ürəktutmasından həyatını itirdiyi məlum olub.

45 yaşlı R.Korziukun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az