20.04.24 | Bakı 25.03° C |
17:04:58
Lent :

Vilayet Eyvazov işğaldan azad olunmuş ərazilərdəki yerləşmə məntəqələrində olub

18:14 09.11.2022
GÜNDƏM
ads

Zəfər Günü ərəfəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov, Qərargah rəisi, general-mayor Tofiq Hüseynov və Komandanın müavini, general-mayor İnqilab Muradov DİN-in hərbi qulluqçularının işğaldan azad olunmuş ərazilərdəki yerləşmə məntəqələrində olublar.
DİN-in mətbuat xidmətindən bildirilib ki, nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Vilayət Eyvazov vurğulayıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, eləcə də qabaqcıl texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir
.
Polis əməkdaşlarının və hərbi qulluqçuların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir onları Zəfər Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    25.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az