27.07.24 | Bakı 26.03° C |
07:07:48
Lent :

Valideynlər ildə ən az bir dəfə uşaqlarını diaqnostika etdirməlidir - Psixoloq xəbərdarlıq etdi

11:14 10.04.2024
GÜNDƏM
Özəl
ads

“Diqqət əksikliyi və hiperaktivlik bir sindrom, problemdir. Amma bizdə yayılmış olan diqqət əksikliyi isə sonradan yaranmadır”. 


Bu barədə Qütb.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.


Onun sözlərinə görə, bu gün Azərbaycanda uşaqlarda rast gəlinən diqqət əksikliyinin bir sıra səbəbləri var: 


“Misal olaraq  səbəbi televizor, planşet, telefon, cizgi filmlər, yəni həddən artıq sosiallığa meyl və kommunikativ əşyalardan istifadəni göstərmək mümükündür. Diqqət əksikliyi olan uşaqları müayinə edəndə onların daha çox televizor, telefon və bu kim vasitələrlə məşğul olduğunu görürük”.


Psixoloq bildirib ki, diqqət əksikliyinin bir neçə növü var: 


“Diqqət diferensiallığı, bir nöqtədən digərinə keçid, diqqət yayınıqlığı kimi problemlərin hərəsinin özünə görə miqdarı var. Ona görə də diqqət əksikliyi mövzusu əsasən 3 yaşdan, 2 yaşdan etibarən başlayır. Daha sonra məktəb illərində daha çox görünür. Valideynlər bu problemi artıq ibtidai sinifd görürlər, amma bir mütəxəssislər bunu artıq 2-3 yaşından diaqnostika edəndə görə bilirik. Adətən müəllimlər valideynlərə belə bir söz deyir “eşidir, amma etmir” yaxud “fikri başqa yerdədir”. Fikrin başqa yerdə olması elə diqqət əksikliyinin bir növüdür. 


Z.Əyyubova sonda qeyd edib ki, bir sıra uşaqlarda tapşırıqlarını yerinə yetirən, dərs oxuyan zaman kənardan gələn adi səs ona mane olur:


“Bu uşağın motivasiyasını aşağı salır. Valideynlər ildə ən az bir dəfə uşaqlarını diaqnostika etdirməlidir. Bu zaman uşağın yetərlilikləri və yetərislikləri üzə çıxacaq və valideyn uşağın problemi olub olmadığını anlayacaq”.


 Rəşid Qarayev 

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az