19.07.24 | Bakı 27.03° C |
00:07:25
Lent :

Türkiyədə güclü meşə yanğını: tüstüdən zəhərlənənlər var

00:00 22.06.2024
GÜNDƏM
ads

Türkiyənin Manisa vilayətinin Salihli rayonunda meşəlik ərazi yanır.

Publika.az xəbər verir ki, yanğına xilasetmə qüvvələri tərəfindən havadan və qurudan müdaxilə edilsə də külək alovların güclənməsinə səbəb olub.

Bu səbəbdən hazırda ehtiyat tədbiri olaraq iki məhəllədən əhali təxliyə edilir. Belə ki, Dibek dağının ətəyində küləyin təsiri ilə sürətlə yayılan yanğın Yağbasan və Karasavcı məhəllələrinə doğru istiqamətlənib. Ümumilikdə 430 nəfərin yaşadığı iki məhəllə də boşaldılıb.

Bildirilir ki, yanğının söndürülməsi işlərinə 5 təyyarə, 4 helikopter, 12 suçiləyici, 2 su təchizatı maşını və 3 buldozer cəlb olunub,

O da qeyd olunub ki, yanğına müdaxilə edən iki işçi tüstüdən zəhərlənib və yerində ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az