17.05.24 | Bakı 13.03° C |
16:05:13
Lent :

Telli və Zülfiyyə arasında dava: “Başından böyük yalan danışmısan”

15:00 01.05.2024
GÜNDƏM
ads

Aşıq Telli Borçalı "Rəngarəng səhər" verilişində qonaq olub.

Publika.az axşam.az-a istinadən bildirir ki, o, aşıq Zülfiyyə İbadovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib:

"Həmin açıqlamaya baxmışam. Bəli, Zülfiyyə xanım onu deyib. Amma bir var yalan, bir də var ağ yalan. Hətta başından böyük yalan danışıb. Özü ilə də danışmışam. O qədər yalan danışıb ki, guya mən hər gün bunların restoranına getmişəm".

Əməkdar artist İlkin Əhmədov T.Borçalının bu çıxışına etiraz edib və o efirdə olarkən belə bir mövzunun işıqlandırılmasını istəməyib.

Telli isə onun bu istəyinə məhəl qoymayıb və fikirlərini belə tamamlayıb:

"Mən cavabını verməliyəm. Elə bir şey olmayıb axı. Mən də indi durum Zülfiyyə haqqında elə bir zarafat edim. Sonra da gedim ki, sən Allah bağışla. Elə şey olur?".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az