26.04.24 | Bakı 16.03° C |
00:04:31
Lent :

"Teleradio" İstehsalat Birliyi ötən ili zərərlə başa vurub

15:34 09.12.2022
GÜNDƏM
ads

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi"  İstehsalat Birliyi 2021-ci ili 372 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 727 min manat xalis mənfəətlə çıxmışdı.


Qutb.az "Report"a istinadən xəbər verir ki, ötən il "Teleradio" İstehsalat Birliyinin xidmətlərinin satışından gəlirləri 10,696 milyon manat (əvvəlki ilə nisbətən 11,5 % az), xidmətlərinin maya dəyəri 6,505 milyon manat (0,3 % az), digər gəlirləri 3 min manat (dəyişməyib), ümumi və inzibati xərcləri 4,108 milyon manat (2,8 % az), maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 289 min manat (33,2 % çox), məzənnə fərqindən zərəri 35 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 134 min manat (66,2 % az) təşkil edib.


Bu il yanvarın 1-nə "Teleradio" İstehsalat Birliyinin aktivləri 20,424 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 26 % azalaraq 615 min manata, balans kapitalı isə 0,9 % azalaraq 19,809 milyon manata düşüb.


Xatırladaq ki, "Teleradio" İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az