21.05.24 | Bakı 13.03° C |
03:05:52
Lent :

Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO

17:00 30.04.2024
GÜNDƏM
ads

Lənkəran şəhərində dəhşətli yol qəzası törədən gənc həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, ötən ilin 4 noyabr tarixində Lənkəran şəhərində 2006-cı il təvəllüdlü İsmayıl Xansuvarlının ölümü ilə nəicələnən qəzanı törədən 23 yaşlı Taleh Abdullzadəyə hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, avtomobil Lənkəran Dövlət Universitetinin tələbi olan Qurban adlı gəncə məxsus olub.

O, avtomobilini sürmək üçün Talehə verib. Taleh də 17 yaşlı İsmayılla birgə avtomobilə minərək gəzintiyə çıxıb və maşını yüksək sürətlə idarə edib. bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə İsmayıl hadisə yerində ölüb.

Məhkəmədə avtomobilin sahibi olan Qurbanın babası da zərərçəkmiş şəxs kimi tanınıb. Məlum olub ki, avtomobili babası Qurbana sürməyə veribmiş. Həmçinin dəhşətli qəzanı törədən Talehin sürücülük vəsiqəsinin olmaması da müəyyənləşib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel tarixli hökmü ilə Taleh Abdullzadəyə 2 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, dərhal məhkəmə zalındaca həbs edilib.

Bundan başqa təqsirləndirilən şəxsdən 15 min manat tutulmasına və avtomobil sahibinə ödənilməsinə də qərar verilib.

Turqut Seyidov


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az