29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Taksilərə qoyulmuş rəng tələbi ilə bağlı YENİ AÇIQLAMA

30 mar 2024 15:00
GÜNDƏM
ads

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapmış taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib.

Publia.az xəbər verir ki, REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

"Ağ rəng neytraldır. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Baku Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə sarını satmaq kifayət qədər çətindir. Ağ yaxud da qırmızı rəngdə olan avtomobili hər kəs sata bilir”,- deyə o qeyd edib.

"Yaşı 15 ildən aşağı olan avtomobil iyulun 1-ə qədər qeydiyyatdan keçirsə və AYNA-dan buraxılış vəsiqəsi alsa, bu tarixdən sonra rəng tələbi avtomobilə tətbiq edilməyəcək", - deyə A.Rzayev əlavə edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur