19.04.24 | Bakı 20.03° C |
21:04:37
Lent :

Şəhid Eyyubov Turalın anım mərasimi keçirildi

20:22 20.11.2022
GÜNDƏM
Özəl
ads

Bu gün vətən uğrunda şəhid olan leytenant Eyyubov Tural Yadulla oğlunun anım mərasimi keçirildi.

Qutb.az xəbər verir ki, Tədbir şair Elmar Sahibin təşkilatçılığı ilə Sabunçu rayonu Gənclər evində baş tutdu. Açılışdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə şəhidin ailə üzvləri, məktəb və universitet müəllimləri, şəhid ailələri və ifaçılar Ruslan Səfər oğlu
Əhli beyt Məddahı, Cəmaləddin  Hüseyni Coşqun  Məddah və digərləri iştirak edib.
Tədbirdə Şəhidin valideynləri- Anası Gülnar Eyyubovaya və atası Yadulla Eyyubova Şəhid və Qazi İctimai Dəstək Birliyinin sədri İltifat  Məmmədov tərəfindən Fəxri Fərman təqdim olundu.

Qeyd edək ki, şəhid Eyyubov Tural Yadulla oğlu  02. 07. 1992-ci ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub.
2009-cu ilda BDU-nin tətbiqi riyaziyyat fakültəsinə daxil olan Tural 2013-cu ildə oranı bitirir və həmin ilin oktyabrında hərbi xidmətə yola düşür. Hərbi xidmət zamanl TTM-da motoatıcı tağım komandirliyini müvəffəqiyyətlə başa vuran Tural leytenant kimi xidmətini davam etdirir. 
Tural 2019-cu ilin iyulunda ailə həyatı qurur. 2020-ci ilin oktyabrında Vətənin müdafiəsinə qatılan leytenant Füzuli, Xocavand, Şuşa uğrunda rəşadətlə döyüşərək 25 oktyabrda şəhidlik zirvəsinə ucalır. Tural doğulduğu torpaqda dəfn olunur. Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycanın Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "igidliyə görə", bu il isə noyabrın 5-i III dərəcəli vətənə xidmətə görə medalları ilə təltif olunub.

Onu da bildirək ki, şəhidin bir qız övladı yadigar qalıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
10:46 | 21.11.2022
@Qonaq
Allah rəhmət etsin
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az