28.04.24 | Bakı 22.03° C |
10:04:46
Lent :

Sahibə Qafarova Simonyanla bu tarixdə görüşə bilər

00:00 29.03.2024
GÜNDƏM
ads

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə A.Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

"Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq", - erməni spiker bildirib.

O, əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə əvvəlki görüş konstruktiv şəraitdə keçib.

Xatırladaq ki, Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər. ("Report")


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az