19.04.24 | Bakı 20.03° C |
23:04:59
Lent :

Rusiyadan Azərbaycana gətirilən toxumluq kartofda zərərli orqanizm aşkarlanıb

19:27 29.09.2022
GÜNDƏM
ads

Azərbaycanın Rusiyadan idxal etdiyi toxumluq kartof məhsullarında çürüməyə səbəb olan orqanizm aşkarlanıb.

"Qutb.az" "Report" a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən . Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy rayonundan gətirilən 67 ton toxumluq kartof məhsulu partiyalarında karantin tətbiq edilən orqanizm (Kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus)) aşkar olunub. Hazırda məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair tədbirlər görülür.

TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az