25.04.24 | Bakı 22.03° C |
20:04:17
Lent :

Qəbələnin  nin baş məşqçisi: "Ağır dönəmdəyik"

21:15 13.12.2022
GÜNDƏM
ads

“Beş gündən bir oynasaq da, dinamika xoşuma gəldi. Komandamız sona qədər tempi qoruyub saxlaya bildi”.


Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.


42 yaşlı mütəxəssis bildirib ki, güclü rəqiblə layiqli mübarizə aparıblar: “Heç-heçə də edə bilərdik. Ancaq yenə də komandamdan razı qaldım. Dinamikanı saxlamaq özü güc tələb edir. Ağır dönəmdəyik. Komanda meydançada müsbət təsir bağışladı”.


O, matçın ardından hakimə irad bildirməsinin səbəbini də açıqlayıb: “Oyunçumuza sarı verdi, ona görə irad bildirdim. Hakimliyi müzakirə etmək istəmirəm. Onların da rəhbəri var. Yəqin, lazımi tapşırıqları verəcəklər”.

Report


TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az