25.04.24 | Bakı 15.03° C |
08:04:38
Lent :

Qarabağ və Şərqi Zəngəzurda botaniki tədqiqatlar aparılıb

15:58 20.09.2022
GÜNDƏM
ads

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Botanika İnstitutunun birgə təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzura ekspedisiya təşkil olunub.

Qutb.az APA-ya istinadən xəbər verir ki, Botanika İnstitutundan verilən məlumata görə  ekspedisiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin öyrənilməsi və müqayisəli morfoloji, coğrafi, areoloji metodlardan istifadə etməklə bitkilərin monitorinqini aparmaq olub. Botanika İnstitutunun Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani, kiçik elmi işçisi Şəhla Mirzəyeva və ETSN-ın əməkdaşlarının iştirakı ilə Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonları və ətraf kəndlərində geniş monitorinqlər aparıblar.İlkin monitorinqlərə əsasən ermənilərin 30 ilə yaxın bir müddətdə törətdiyi ekoloji terror nəticəsində 10 minlərlə hektar meşə sahəsinin talan olunduğu, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirildiyi, 100-dən çox təbiət abidəsinin məqsədli şəkildə məhv edildiyi aşkarlanıb. Tədqiq olunan ərazilərdən 20-dən çox bitki nümunələri toplanılıb və Herbari fondunun zənginləşdirilməsi məqsədilə fonda təhvil verilib. Tədqiqatlar zamanı Qırmızı kitaba daxil olan Juniperus foetidissima,Punica granatum Platanus orientalis növlərinə, həmçinin relikt növ olan Ficus carica növünə rast gəlinib. Botaniklər Şərqi Zəngəzur ərazisində Qırmızı kitaba daxil olan Tulipa shmidtii, Platanthera chlorantha, İris caucasica, Scilla caucasica,Galanthus caucasica, Pulsatilla violacea və s. növlərinin erkən yazda yenidən tədqiqi planlaşdırır.

TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az