21.05.24 | Bakı 23.03° C |
13:05:52
Lent :

Pərvin çəkilişlərdə xəstəlik tapdı

22:00 30.04.2024
GÜNDƏM
ads

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə “Xəzər axşamı” verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib.

“İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlər bunu, ya bütün aktyor-aktrisalaramı deyirlər, təklif edirlər. Sponsoru belə məndən istəyirlər. “Sponsor olmaz səndə? Bəlkə, tanış edəsən. Bizə sponsor yönləndirəsən”. Axı, niyə? Mən prodüser deyiləm. Filmə çəkilən ərəfədə bunu məndən istəyirlər. Filmlərimdə özümü istədiyim kimi göstərə bilmirəm. Ən böyük səbəblərindən biri kadrarxası yaşananlardır. Saatlarla oturub gözləyirsən, bir səhnəni, bir işığın qurulmağını. Bu bəzən 6-7 saat çəkir. O qədər yoruluram ki, oynaya bilmirəm. İnsana əsəb gəlir, normal qidalanmırsan, normal istirahət otağın, karavanın yoxdur. Mədəm xarab oldu çəkilişlərdə. Noyabrda qida borumdan ağır əməliyyat keçirdim. Ciddi sağlamlıq problemlərim oldu. Axalaziya deyilən xəstəliyim var idi”, - deyə, Pərvin bildirib. (OLAY)


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az