17.05.24 | Bakı 13.03° C |
13:05:32
Lent :

Övladının gözü qarşısında bıçaqlanan Vətən müharibəsi iştirakçısının görüntüləri

23:00 02.05.2024
GÜNDƏM
ads

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, “Bağçalı” yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir və o, hadisəni qarşı tərəfin övladının gözü qarşısında edib.

Yaralı Respublika Kliniki Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənin qaynı Ceyhun Nəsirli bildirib ki, Orxan Hüseynli ilə onun yeznəsi arasında əvvəllər heç bir münaqişə olmayıb. Hadisə baş verən vaxt isə bacısı övladı ilə həyətdə olub:

“Orxan Hüseynli yeznəmi söhbət etmək adı ilə çölə çağırdı. Övladı da həyətdə velosiped sürürdü, uşağın gözü qarşısında ona çoxsaylı bıçaq xəsarətləri yetirdi”.

Hadisəni törətdikdən sonra ərazidən qaçmağa çalışan Orxan Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə nəticəsində yaralanan Orxan İmanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Ətraflı "Baku"TV-nin süjetində:


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az