20.05.24 | Bakı 19.03° C |
23:05:05
Lent :

Onların zamanında “TikTok”, “İnstagram” yox idi -Tanınmış psixoloq həyəcan TƏBİLİ ÇALDI

17:47 04.09.2023
GÜNDƏM
ads

Son zamanlar cəmiyyətimizi ciddi şəkildə narahat edən ən aktual məsələlərdən biri də yeniyetmələr arasında ardıcıl yaşanan intihar hadisələridir.


Yaxın günlərdə Xırdalalan adlanan ərazidə bir neçə intihar hadisəsi yaşanıb. Ancaq məsələ ilə bağlı nə valideynlər açıqlama verir, nə də ki rəsmi qurumlar tam aydınlıq gətirir.


Görəsən, məktəbliləri və yeniyetmələri intihara sövq edən nədir?


Məsələ ilə bağlı “Viral.az”a danışan tanınmış psixoterapevt Elmir Əkbər bildirib ki, intiharların bir nömrəli əsas səbəbi cəhalətdir.


“Müxtəlif versiyalar irəli sürürlər. Bəziləri deyir ki, uşaqları intihara kimsə vadar edir. Amma birmənalı olaraq deyirəm ki, bütün bu intiharların bir nömrəli səbəbi cəhalətdir. Uşaq və yeniyətmələr arasında intihar Azərbaycanda həndəsi silsilə ilə artır. Valideynlərə deyirik ki, uşaqlarınızı zamanında psixoterapevtik müayinəyə gətirin.  Bu zaman deyirlər ki, “əşi, bizim vaxtımızda psixoloq var idi?”.  Fikirləşmirlər ki, onların zamanında “TikTok”, “İnstagram” kimi platformalar yox idi. Bu daşı üzərlərindən atmaq istəmirlər”.


Elmir Əkbərin sözlərinə görə, uşaqlar hərşeyi valideyninə açıb danışa bilmir.


“Əgər valideynlər uşağın davranışında fərqlilik görürlərsə, zamanında diqqətli olmalıdırlar. Bu fərqliliklərə özünə qapanma, əvvəllər zövq aldığı şeydən qaçma, dostlarından uzaqlaşma, aqressiya, valideynlə yola getməmək kimi simptomlar daxildir. Ən dəhşətli isə artıq həyata qarşı marağın olmamasıdır. Bunlar valideynlərə təbil zəngi olmalıdır. İndi uşaqlar hərşeyini valideyninə açıb danışa bilmir. Ona görə də, proses onun daxilində gedir. Bunun qarşısını almağın yeganə həll yolu uşaqları zamanında müayinələrə aparmaqdır. İnkişaf etmiş ölkələrdə uşaqları mütəmadi olaraq psixoterapevt yanına aparıllar. Valideynlər bunları etməyəndə artıq hər şey üçün gec olur. Bəzən valideynlər psixoloq yanına gedərkən aldanırlar. Psixoloq və psixoterapevt o adama deyirlər ki, tibbi təhsili olsun. Bu gün stomotoloqda özünü psixoterapevt kimi təqdim etməyə çalışır. Buna görə də, valideynlər diqqətli olsunlar”.




TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az