20.05.24 | Bakı 22.03° C |
19:05:57
Lent :

“Onlar bizim mənəvi dəyərlərimizi alt üst edirlər” - Psixoloqdan sərt AÇIQLAMA

18:14 12.02.2024
GÜNDƏM
Özəl
ads

Son zamanlar  psixoloqların sayı sürətlə artmaqdadır. Bu hallarla xüsusən sosial şəbəkələrdə daha  aktiv formada qarşılaşırıq.  Bu vəziyyət nəyinki Azərbaycanda, əksər ölkələrdə də müşahidə olunur. 


Türkiyədə fəaliyyət göstərən psixoloqların sözlərinə görə, təhsilsiz psixoloqlar çoxalıb və biz onların xəstə etdiyi insanları sağaltmaqla məşğuluq. Bəs, Azərbaycanda vəziyyət necədir? 


Mövzu ilə bağlı Qütb.az-a danışan Psixoloq Fuad Əsədov qeyd edib ki, dünyada heç bir sahədə təhsil almadan çalışmaq mümkün deyil. Təbii ki, istənilən şəxs onun üçün maraqlı olan mövzu ilə bağlı araşdırma apara bilər, amma bu, onu həmin sahənin mütəxəssisi etməz.


"İxtisası verən sadəcə dövlətdir və dövlət bunu universitetlər vasitəsilə verir. Sadəcə universitetdən alınan təhsil insanı psixoloq edər. Dünyada çox mötəbər institutlar var ki, onlar həqiqətən çox yaxşı təhsil verirlər. Amma hər hansı institut da bir ixtisası verməz. Buna görə də bu məsələdə çox diqqətli olmaq lazımdır. Mən həmişə insanlara tövsiyə edirəm ki, onlar psixoloqa gedən zaman şübhəli məqamla üzləşərlərsə, diplom tələb etsinlər. Çünki günümüzdə sosial şəbəkəyə baxdığımız zamanda xeyli  "psixoloq" görürük, amma onların əksəriyyəti psixoloq deyil, çünki təhsil almayıblar"- deyə Fuad Əsədov bildirib. 



Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı  isə düşünür ki , məsələ diplomun olmaması deyil , əsas məsələ odur ki , psixoloq kimi çalışan şəxslər mənəvi dəyərlərmizi bilmir və onların məhvi ilə məşğuldur.


"Cəmiyyəti səhv yönləndirən bu peşənin adını batıran və məşhurlaşmaq üçün istədiyi mövzuda danışan psixoloqlar var. Onlar bizim mənəvi dəyərlərimizi alt-üst edirlər.Hansı ki, onlar azadlıq adı altında yanlış məlumatları insanlara ötürürlər. Cəmiyyətə mesaj göndərərkən onu diqqətlə nəzərdən keçirmək lazımdır. Bugün qadın azadlığı adı altında nə istəyirlər edirlər. Lakin bilməlidirlər ki, qadın azadlığı gecə saat 3 də çölə çıxmaq, açıq saçıq geyimlər geyinmək deyil. Bunun əsil mənası odur ki, qadınlar öz fikirlərində azad olsun heçnəyə məcbur edilməsin,  istədiyləri peşəni seçib çalışsın.  Bugün savaş bunlara görə olmalıdır. Əgər biz mənəvi dəyərlərimizi qoruya bilməsək gələcəkdə bu dəyərlərdən uzaq toplum formalaşacaq".

TEGLƏR
Müəllif : Fidan Camal
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az