18.05.24 | Bakı 15.03° C |
11:05:41
Lent :

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər

11:00 02.05.2024
GÜNDƏM
ads

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib.

Publika.az xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb.

"Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb.

Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qara ciyər xərçəngindən əziyyət çəkib. Bütün təkidlərə baxmayaraq o nəvələrinin onun müalicə etdirməsinə imkan verməyib.

Çəkiliş zamanı xanəndənin yaşadığı evin görüntüləri də nümayiş olunub. O ömrünün sonillərini baxımsız və pis şəraitdə olan evdə keçirib. Nəvəsi mənzili çəkməyə icazə verməyib. O bildirib ki, ev pis gündədir və təmir işi gedir.

Rəhimi elə Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda da dəfn olunub.

Xatırldadaq ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub.

Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur. Sənətçi “Qubanın ağ alması”, “Qarabağ, ay Qarabağ”, “Xatırla məni” kimi ifaları ilə dinləyicilərin sevgisini qazanıb.

Ətraflı videoda:


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az