15.05.24 | Bakı 17.03° C |
19:05:03
Lent :

Məşhur müğənni burnundan bezdi: Artıq düzəltdirməyəcəm

14:00 29.04.2024
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, müğənni Murad Dalkılıç burnundan 9-cu dəfə əməliyyat keçirməli olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 40 yaşlı sənətçi əməliyyatdan sonra dincəlməyə və görünməməyə üstünlük verirdi. O, xəstəliyinə görə həm də konsertlərini təxirə salmalı olmuşdu. Bir müddət ekranlardan görünmyən ulduzun yeni görüntüsü yayılıb və burnu müzakirələrə səbəb olub. İzləyiciləri onun Maykl Ceksona bənzədiyini qeyd ediblər.

Qeyd edək ki, 2019-cu ildə qonaq olduğu verilişlərin birində Murad Dalkılıç burnunda sümüklərin anadangəlmə xaricə yönəldiyini açıqlayıb və ibtidai məktəb illərindən bəri səhhətində problemlər olduğunu bildirib.

"Əslində yeddi dəfə plastik əməliyyat etdirmişəm. İlk əməliyyat ibtidai məktəbdə oxuyarkən edilib. Xəstəliyim var. Burun sümüklərim kənara çıxırdı. Həkim o sümükləri çıxaranda qığırdaqlarımı da çıxarıb və həyatımın ən çətin dövrləri başladı, oramdan-buramdan bir şeylər alınıb daim burnuma əlavə olundu. Artıq bir şey olsa da burnumu düzəltdirməyəcəm, yoruldum", - ulduz vurğulayıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az