02.12.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Kəmaləddin Heydərovun 6 müavini qaldı - SİYAHI

02 dek 2025 01:00
GÜNDƏM
ads

Ötən gün fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev vəzifəsindən azad edilib. O, ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Teymur Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni tuturdu. 

General-mayor rütbəsi daşıyan Teymur Mehdiyev daha əvvəl gənclər, idman və turizm nazirinin müavini, mədəniyyət və turizm nazirinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.

Qutb.az xəbər verir ki, Teymur Mehdiyevin azad edilməsindən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 6 müavini qalıb.

Onlar aşağıdakılardır:

General-leytenant Rəfail Xalid oğlu Mirzəyev

19.02.1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var.

Tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadə

17.11.1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var

General-leytenant Etibar Böyükbəy oğlu Mirzəyev

30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.

Orucəli Məmməd oğlu Hacıyev

20.04.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Tapdıq Əhliman oğlu Əmiraslanov

07.02.1978-ci ildə Moskva şəhərində anadan olub. ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir. Ailəlidir, 2 övladı var.

General-mayor Adil Ələsgər oğlu Abdullayev

21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur